Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və «AZERLEX Group» MMC arasındakı əməkdaşlıq çərçivəsində Dövlət Vergi Xidmətinin əməkdaşları üçün peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə şirkətimizin təcrübəli və peşəkar təlimçiləri tərəfindən “Liderlik proqramı” çərçivəsində təlim təşkil olunub.
Bu təlim çərçivəsində iştirakçılar effektiv idarəetmə, komanda rəhbərliyi, strateji düşünmə və qərarvermə kimi bacarıqları üzrə biliklərini artırıblar. Təcrübəli təlimçilər tərəfindən keçirilən interaktiv sessiyalar zamanı onlar real iş situasiyalarına əsaslanan praktiki tapşırıqları yerinə yetirib və liderlik bacarıqlarını inkişaf etdirmək üçün faydalı metodlar öyrəniblər.
Siz də öz əməkdaşlarınızın bilik və bacarıqlarının artırılmasını, fəaliyyətinizin daha səmərəli qurulmasını və əməkdaşlarınızdan daha çox fayda almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
www.azerlex.com
+994 77 409 55 66