Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “Azerlex Group” MMC arasında qurulan əməkdaşlıq çərçivəsində Komitə əməkdaşlarının peşəkar səriştələrinin inkişaf etdirilməsi məqsədilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim təşkil olunub
Təlim zamanı iştirakçılar dövlət qulluqçularının fəaliyyətinin obyektiv və effektiv qiymətləndirilməsinə dair nəzəri biliklər əldə edib, praktiki bacarıqlarını inkişaf etdiriblər. Onlar, həmçinin müasir qiymətləndirmə metodologiyaları, beynəlxalq təcrübələr və dövlət qulluğunda səmərəliliyin artırılması istiqamətində vacib yanaşmalar barədə biliklərini genişləndiriblər.
Əməkdaşlarınızın bilik və bacarıqlarını inkişaf etdirmək, iş prosesinizi daha səmərəli təşkil etmək və komandadan maksimum fayda əldə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın!