"AZƏRBAYCAN HAVA YOLLARI" QSC və "AZERLEX Group" MMC arasındakı əməkdaşlıq çərçivəsində "AZƏRBAYCAN HAVA YOLLARI" QSC-nin Aviasiya Təhlükəszliyi Baş İdarəsinin əməkdaşlarına peşəkar bacarıqlarını təkmilləşdirmək məqsədilə şirkətimizin təcrübəli və peşəkar təlimçiləri tərəfindən “Vətəndaş məmnuniyyətinin təmin edilməsi və xidmət mədəniyyəti” mövzusu üzrə təlim proqramı davam etməkdədir. Təlim vasitəsilə əməkdaşlar aşağıdakı bacarıqlara yiyələnəcəklər:
•Vətəndaşlarla aydın və anlaşılan şəkildə ünsiyyət qurma, ehtiyaclarını dinləmə və doğru cavablandırma bacarığı.
•Müştəri yönümlü yanaşma, vətəndaşların problemlərini həll etməyə yönəlmiş xidmət mədəniyyətini inkişaf etdirmə və məmnuniyyət səviyyəsini artırma üsulları.
•Vətəndaşların emosional reaksiyalarını anlama və situasiyaya uyğun şəkildə yanaşma bacarığı.
•Qarşıya çıxan problemləri sürətli və effektiv şəkildə həll etmək üçün yaradıcı həllər tapmaq.
•Vətəndaş şikayətlərinə uyğun reaksiya vermək və onları məmnun etmək üçün uyğun metodlar və yanaşmalar.
www.azerlex.com
+994 77 409 55 66